Cibgirlər tutulub


15:38     10 Dekabr 2018 cibgir1.jpg

Nərimanov RPİ 17-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 5-də rayon ərazisindəki ticarət mərkəzlərinin birindən paytaxt sakini C.Əliyevin cibindən 1050 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nuru Nuriyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən xəbərə görə, Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Bakı şəhər sakini N.Allahverdiyevanın çantasından 380 manat və sənəd oğurlamaqda şübhəli bilinən Tovuz rayon sakini G.Novruzova saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun dekabrın 2-də Xətai rayonu ərazisində daha bir qadının 700 manatını və sənədlərini oğurlaması da müəyyən edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 428


Oxşar xəbərlər