Gəncədə qızla oğlan dəm qazından zəhərləndi - Biri öldü


16:02     10 Dekabr 2018 xestexana_875.jpg

Gəncədə 2 nəfər dəm qazından zəhərlənib.


Femida.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin Xətai prospektində yerləşən mənzillərdən birində baş verib.

Belə ki, dəm qazından zəhərlənmə diaqnozu ilə 20 yaşlı Seymurla 2002-ci il təvəllüdlü P. Əlizadə xəstəxanaya yerləşdirilib.

Müdaxilələrə baxmayaraq, gənc oğlanın həyatını xilas etmək mümkün olmayıb. Qız isə hazırda reanimasiyadadır.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 901