Azərbaycanlı mayor rusiyalı rəqibini məğlub edərək kəmər qazandı


16:42     10 Dekabr 2018 2018/12/711322_(4)_1544445793.jpg

Bakı İdman Sarayında Azərbaycan Budo Federasiyasının təşkilatçılığı ilə WBMAF versiyası üzrə MMA döyüşləri keçirilib.


Femida.az bildirir ki, gecənin ən maraqlı görüşlərindən biri 93 kq çəki dərəcəsində olub.

İlkin Səfərov rusiyalı Aleksey Repalovla qarşılaşıb və qalib gələrək WBMAF kəmərini qazanıb.

Qeyd edək ki, İlkin Səfərov Daxili İşlər Nazirliyinin əməkdaşı, polis mayorudur.

Açar sözlər:

Oxunub: 929