“AzInTelecom”un mənfəəti 27% azalıb


16:43     10 Dekabr 2018 18_12_10_1544445887.jpg


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “AzIn Telecom” MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 44,974 mln. manat təşkil edib.

Bu, ötən il yanvarın 1-i ilə müqayisədə 5,1% çoxdur.

Hesabat dövründə “AzInTelecom”un cəmi kapitalı 33,8% artaraq 29,905 mln. manata çatıb, cəmi öhdəlikləri isə 26,3% azalaraq 15,068 mln. manata düşüb.

2017-ci ildə Şirkətin göstərdiyi xidmətlərdən gəliri 38,815 mln. manat (2016-cı ilə nisbətən 3,9% çox), xidmətlərinin maya dəyəri 19,243 mln. manat (47,3% çox) ümumi və inzibati xərcləri 13,112 mln. manat (19,2% çox), digər əməliyyat gəlirləri 9,591 mln. manat (35,7% çox), digər əməliyyat xərcləri isə 4,119 mln. manat (26,7% çox) təşkil edib. Son nəticədə ötən il rabitə müəssisəsinin vergiöncəsi mənfəəti 11,931 mln. manat olub ki, bu da əvvəlki illə müqayisədə 20% azdır.

2017-ci ildə “AzIn Telecom” 2016-cı ilə nisbətən 3,4% çox - 4,372 mln. manat mənfəət vergisi ödəyib və ötən ili 7,559 mln. manat xalis mənfəətlə başa vurub. Bu, əvvəlki illə müqayisədə 26,9% azdır.

Femida.az

Açar sözlər: rabitə  

Oxunub: 403