“AzInTelecom”un mənfəəti 27% azalıb
16:43 10 Dekabr 2018
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “AzIn Telecom” MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 44,974 mln. manat təşkil edib.
Bu, ötən il yanvarın 1-i ilə müqayisədə 5,1% çoxdur.
Hesabat dövründə “AzInTelecom”un cəmi kapitalı 33,8% artaraq 29,905 mln. manata çatıb, cəmi öhdəlikləri isə 26,3% azalaraq 15,068 mln. manata düşüb.
2017-ci ildə Şirkətin göstərdiyi xidmətlərdən gəliri 38,815 mln. manat (2016-cı ilə nisbətən 3,9% çox), xidmətlərinin maya dəyəri 19,243 mln. manat (47,3% çox) ümumi və inzibati xərcləri 13,112 mln. manat (19,2% çox), digər əməliyyat gəlirləri 9,591 mln. manat (35,7% çox), digər əməliyyat xərcləri isə 4,119 mln. manat (26,7% çox) təşkil edib. Son nəticədə ötən il rabitə müəssisəsinin vergiöncəsi mənfəəti 11,931 mln. manat olub ki, bu da əvvəlki illə müqayisədə 20% azdır.
2017-ci ildə “AzIn Telecom” 2016-cı ilə nisbətən 3,4% çox - 4,372 mln. manat mənfəət vergisi ödəyib və ötən ili 7,559 mln. manat xalis mənfəətlə başa vurub. Bu, əvvəlki illə müqayisədə 26,9% azdır.
Femida.az
Oxunub: 404
Oxşar xəbərlər
- Salyan sakini rabitə operatorunun qülləsinə çıxaraq özünü atmaq istəyib
- Rabitə və informasiya texnologiyaları sahəsinin bir qrup əməkdaşına fəxri ad verilib - SİYAHI
- Naxçıvanın keçmiş rabitə və yeni texnologiyalar nazirinə “Aztelekom”da vəzifə verilib
- Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin adı dəyişdirildi
- Nazir Rabitə qoşunlarının hərbi hissəsində olub
- Ceyhun Bayramov İraqın rabitə naziri ilə görüşüb
- Azad edilmiş ərazilərdə rabitə xidmətlərinin təşkilinə dair Fəaliyyət Proqramı hazırlanıb
- Azərbaycan və Türkiyə ordularının rabitə qoşunları birgə təlimlərə başlayır
- Azərbaycanda mobil rabitə operatorlarının gəlirləri azalıb
- Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib