Şabranda 41 yaşlı kişi intihara cəhd edib


18:13     10 Dekabr 2018 18_12_10_1544447532.jpg

Şabran rayonunda intihara cəhd olub.

Femida.az Report-a istinadən xəbər verir ki, hadisə "Beş sotlar" adlanan ərazidə qeydə alınıb.

Belə ki, rayon sakini, 1977-ci il təvəllüdlü N.Q. özünü yaşadığı evdə asaraq intihar etmək istəyib. Bu zaman onu asılı vəziyyətdə görən ana oğlunu xilas edib.

N.Q. xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 373