Qubada orta məktəbdə yanğın olub


19:42     10 Dekabr 2018 yangin_38673636.jpg

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Quba rayonunun Amsarqışlaq kəndində kənd orta məktəbində yanğın olması barədə məlumat daxil olub.

Femida.az FHN-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Əlavə məlumat veriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 293