Gürcüstanda keçmiş nazir müavini bıçaqlandı


20:48     10 Dekabr 2018 2018/12/EAB7CFE5-ECC0-4458-9AF0-8D13E9A218FB_1544460603.jpeg

Gürcüstanın ədliyyə nazirinin keçmiş müavini, Xüsusi Penitensiar Xidmətin sabiq rəhbəri Zviad Mixanaşvilibıçaqlanıb.

Femida.az Report-a istinadən bildirir ki, hadisə ötən gün Tbilsinin Tsxneti qəsəbəsində yerləşən restoranlardan birində qeydə alınıb.

Z.Mixanaşvili ilə yanaşı, iki nəfər də yaralanıb. Hadisənin keçmiş məhbus tərəfindən törədildiyi bildirilir.

Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Həkimlər onların vəziyyətlərinin sabit olduğunu bildiriblər.

Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı istintaq aparır.

Femida.az

Açar sözlər:

Oxunub: 321