Novxanıda AĞIR YOL QƏZASI: ölən və xəsarət alanlar var


21:16     10 Dekabr 2018 Qeza2.jpg

Abşeron rayonunun Novxanı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Femida.az -a verilən məlumata görə, dekabrın 8-də saat 15 radələrində Abşeron rayonunun Novxanı kəndi ərazisində Bakı şəhər sakinləri Ramin Şirəliyevin idarə etdiyi “Azsamand” və Arif Nəbiyevin idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşub. Nəticədə R.Şirəliyevin sərnişini, Göyçay rayon sakini Saab Məmmədov hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdiriliblər.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 522