Ukrayna Rusiya ilə dostluq müqaviləsini ləğv etdi


21:43     10 Dekabr 2018 18_12_10_1544462568.jpg

Ukrayna prezidenti Petro Poroşenko Rusiya ilə dostluq müqaviləsinin ləğvi haqqında qanunu imzalayıb.

Femida.az xarici mediaya istinadən xəbər verir ki, gələn il aprelin 1-dən müqaviləyə xitam veriləcək. Poroşenko hələ sentyabrdan Milli Təhlükəsizlik Şurasının müqavilənin ləğvi qərarını dəstəkləmişdi. Ancaq o zaman rəsmi Kiyev müqavilənin ləğv ediləcəyini yox, yenilənməyəcəyini bəyan etmişdi.

Moskva Kiyevin qərarını destruktiv addım adlandıraraq təssüfləndiyini bildirib.

Ukrayna və Rusiya arasında əməkdaşlıq və tərəfdaşlıq haqqında dostluq müqaviləsi 1997-ci il mayın 31-də bağlanıb.

Açar sözlər:

Oxunub: 291