Baş Prokurorluqdan Vidadi İsgəndərli ilə bağlı AÇIQLAMA


00:04     16 Oktyabr 2015 14315184asd.jpg

89 saylı Göyçay-Ağdaş seçki dairəsindən Milli Məclisə deputatlığa namizəd Vidadi
İsgəndərov və bəzi dairələr sosial şəbəkələrdə və ayrı-ayrı kütləvi informasiya vasitələrində təqib olunması və həbs olunacağı barədə informasiyalar yayıblar.

Baş Prokurorluğun mətbuat xidmətindən Femida.az - a verilən xəbərə görə, Baş Prokurorluq həmin məlumatları qəti şəkildə təkzib edir.

Həmin məlumatların heç bir hüquqi əsası yoxdur, V.İsgəndərov barəsində hüquq mühafizə orqanlarında hər hansı cinayət təqibi həyata keçirilmir və onun toxunulmazlığı qanunla qorunur.

Açar sözlər:

Oxunub: 1142