Narkotik çəkib arvadını 5-ci mərtəbədən atdı - BAKIDA DƏHŞƏTLİ CİNAYƏT


11:00     11 Dekabr 2018 2018/12/47683991_193555364925742_2360895092559970304_n_1544511539.jpg

Dünən gecə saat 3 radələrində paytaxtın Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yaşayan Taxveli Adelya Azər qızı 5-ci mərtəbədə balkondan düşərək vəfat edib.


Bakıda kişi həyat yoldaşını öldürüb.

Femida.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, 381-ci məhəllə, R.Behbudov küçəsi ev 65, mənzil 51-də baş verib.

Həmin mənzildə yaşayan Taxveli Adelya Azər qızının binanın 5-ci mərtəbəsinin balkonundan yıxılaraq ölməsi barədə məlumat daxil olub.

Araşdırmalar zamanı qadının həyat yoldaşı Taxveli Ramiz Pərviz oğlunun avtomaşınına baxış keçirilərkən kibrit qutusunda çəkisi 5.647 qram olan qurudulmuş marixuana aşkar edilib.

Məlum olub ki, R.Taxvelidə narkotik qəbulu nəticəsində psixi pozğunluq yaranıb və həyat yoldaşı Adelya Taxvelini yaşadığı binanın 5-ci mərtəbəsindən atıb.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb və R. Taxveli saxlanılaraq istintaqa təhvil verilib.

BAKU.WS-in məlumatına görə, Taxveli Ramiz Pərviz oğlu “Buta Palace”nin art direktorudur.





Femida.az

Açar sözlər:

Oxunub: 1895