Bu gündən taksidə siqaret çəkən şəxslər CƏRİMƏLƏNƏCƏK - MƏBLƏĞ


10:49     11 Dekabr 2018 2018/12/taksi-siqaret_1544511266.jpg

Tütündən istifadə ilə bağlı bəzi yeni cərimələr qüvvəyə minib.


Femida.az xəbər verir ki, bu barədə yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov məlumat verib. Onun sözlərinə görə, taksidə siqaret çəkməyə görə 40-50 manat məbləğində cərimənin tətbiqi barəda qanun (İXM-in 322-ci maddəsinə düzəliş) artıq bu gündən qüvvədədir.
Ekspert əlavə edib ki, istər hərəkət vaxtı, istərsə də dayanmış vəziyyətdə taksidə sürücü və ya sərnişin siqaret çəkərsə, bu məbləğdə cərimə oluna bilər.

Qeyd edək ki, Milli Məclisin oktyabrın 1-də keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib. Dəyişiklik tütünlə bağlı cərimələrin tətbiq olunmasıdır. Məcəllənin 322-ci (Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulması) maddəsinin 0.4-cü bəndinə əsasən, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda siqaret çəkilməsinə 40 manatdan 50 manatadək məbləğdə cərimə edilir. Bu cərimə sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitəsində və taksi minik avtomobilində tütün çəkənlərə də tətbiq olunacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 746