İnam Kərimov: "Yeni layihə hazırlanır"


11:18     11 Dekabr 2018 2018/12/inam_1544515836.jpg

Bu gün Bakıda Azərbaycan - Türkiyə Kənd Təsərrüfatı forumu keçirilir.


Femida.az xəbər verir ki, forum öncəsi Kənd Təsərrüfatı Naziri İnam Kərimov jurnalistlərə açıqlamasında bildirib ki, türk iş adamları ilə bir neçə prioritet istiqamət müəyyənləşdirilib:

" Xüsusilə də fındıqçılıq, pambıqçılıq, texnologiyaların transferi, innovasiyaların tətbiqi, heyvandarlıq və bitkiçilik sahəsində müzakirələr aparıldı. Türkiyənin aqrar sığorta sahəsində təcrübələrindən bəhrələnmək məsələsi də müzakirə olundu.

Bu gün Türkiyə və digər ölkələrin təcrübəsini nəzərə almaqla yeni layihə hazırlayırıq. Layihə türk ekspertləri ilə birlikdə hazırlanır və yəqin ki, qısa zamanda yekunlaşacaq".



Amin Nəzərli
Femida.az

Açar sözlər:

Oxunub: 638