"Bizə ən böyük dəstəyi Türkiyə verdi" - Qoşqar Təhməzli


11:50     11 Dekabr 2018 2018/12/qosqar_1544515815.jpg


"2018-ci ilin yanvarında yaradılan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bir neçə qurumun səlahiyyətlərini vahid agentlik şəklində birləşdirildi. İlk 6 ayda maddi texniki bazasının formalaşması ilə məşğul olan agentlik iyuldan fitosanitar, baytarlıq, eləcə də ölkəyə daxil olan qida məhsulları üzərində dövlət nəzarətinin həyata keçirilməsi işi ilə məşğul olur".

Femida.az xəbər verir ki, bunu Azərbaycan - Türkiyə Kənd Təsərrüfatı forumundakı çıxışı zamanı AQTA-nın sədri Qoşqar Təhməzli deyib.

Sədr bildirib ki, agentlik qurulan zaman ən böyük dəstəyi də məhz Türkiyə verib:

"Bizim agentliyinin yaradılmasında ən böyük beynəlxalq töhvəni verən Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyinin tərkibindəki Qida Yoxlama Baş İdarəsi oldu. Azərbaycan bu gün Türkiyədən meyvə, tərəvəz, çərəz, balıq, səkər, müxtəlif içkilər, yumurta, süd, kakao, diri heyvanlar və s. kimi məhsullar alır.

İki ölkənin Kənd Təsərrüfati Nazirlikləri və AQTA arasında üçtərəfli əməkdaşlıq platformasının yaradılması bizim bütün probləmli məsələlərin həllinə təkan verəcək".

Amin Nəzərli

Femida.az

Açar sözlər: #AQTA   #qida   #Qoşqar_Təhməzli   #kənd  

Oxunub: 659