Bakıda əxlaqsızlıq yuvasında ikinci əməliyyat - Haşımovanı tuta bilmirdilər...


12:13     11 Dekabr 2018 2018/12/oxu24-fahiseler_1544516115.jpg

Bakıda qadınları fahişəliyə cəlb etməkdə və əxlaqsızlıq yuvası saxlamaqda şübhəli bilinən şəxsin tutulması üçün əməliyyat keçirilib.


Nəsimi rayon Polis İdarəsi 22-ci polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində N.Haşımova saxlanılıb.

N.Haşımova Cinayət Məcəlləsinin 243-cü (fahişəliyə cəlb etmə) və 244-cü (əxlaqsızlıq yuvaları saxlama) maddələri ilə axtarışda olub.

O, Nəsimi rayonu ərazisində əxlaqsızlıq yuvası saxlamaqda, qadınları fahişəliyə cəlb etməkdə şübhəli bilinib.

Belə ki, N.Haşımovanın təşkil etdiyi əxlaqsızlıq yuvasında bir neçə ay əvvəl polis əməkdaşları tərəfindən əməliyyat keçirilsə də, həmin vaxt onun tutulması mümkün olmamışdı.

Bu səbəbdən onun barəsində hüquq-mühafizə orqanları tərəfindən axtarış elan edilib.(Teleqraf.com)

Açar sözlər:

Oxunub: 568