"Qarabağın və Xocalı ürəyimizi yandıran hadisələrdir"- Türkiyəli nazir


12:26     11 Dekabr 2018 2018/12/47685465_365166284294440_6362876375510024192_n_1544516925.jpg


"27 yaşlı bir ölkə olan Azərbaycan bütün yumurtaları eyni səbətə qoymamalıdır. Neftin ucuz dövrləri də ola bilər. Gələcəkdə dünyanın hansı dərəcədə neftdən asılı olacağı bəlli deyil. Zənnimcə, cənab İlham Əliyev bu baxımdan düzgün qərar verərək Kənd Təsərrüfatının inkişafına böyük diqqət ayırıb. Biz bir millət iki dövlətik. Qarabağın işğalı, Xocalı qətliamı, bunlar ürəyimizi yandıran hadisələrdir".


Femida.az xəbər verir ki, Kənd təsərrüfatı olmayan ölkəni mətbəxi olmayan evə bənzədən Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli çıxışında deyib:

"Yaxın zamanlarda qida və su səbəbindən müharibələr görəcəyik. Bu gün Türkiyənin 3 milyon kənd təsərrüfatı müəssisəsi vasitəsilə 38 milyon hektar ərazidə əkin aparılır. Bu sahədən hasilat 52.2 milyard dollardır. Ölkəmizin kənd təsərrüfatı məhsulları ixracının həcmi 17 milyard dollardır. Bu göstəriciyə görə Avropada birinici, dünyada isə 7-ci yerdəyik. Amma Türkiyə bu sahədəki təbii ehtiyatlarına görə 17-ci yerdədir. Yəni Türkiyə təbii ehtiyatlarını yaxşı dəyərləndirən ölkədir. Biz təcrübəmizi dost və qardaş ölkə Azərbaycanla da bölüşmək istəyirik".

Amin Nəzərli
Femida.az

Açar sözlər: #Türkiyə   #Qarabağ   #Xocalı   #nazir  

Oxunub: 434