Qatar 28 yaşlı gənci vuraraq öldürdü


12:30     11 Dekabr 2018 2018/02/qatar-vurub_1519725405.jpg

Astara stansiyasının ərazisində dəmiryolu xəttini keçmək istəyən şəxsi sərnişin qatarı vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, dekabrın 10-da saat 21 radələrində Astara stansiyasının ərazisində dəmiryolu xəttini keçmək istəyən Balacaşahağacı kənd sakini Tahir Qəhrəmanov Astara-Bakı sərnişin qatarı ilə vurulub və nəticədə piyada hadisə yerində ölüb.

Araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 719