Azərbaycan və Türkiyə 21 trilyon dollarlıq bazara hakim ola bilər - Bekir Pakdemir
12:38 11 Dekabr 2018
"Azərbaycan və Türkiyə kənd təsərrüfatı sahəsindəki potensiallarını birləşdirərsə, 21 trilyon dollarlıq bir bazara hakim ola bilər".
Femida.az xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli deyib.
Nazir qeyd edib ki, Türkiyə və Azərbaycanın fərqli bazarlara yaxınlıqları var:
"Azərbaycan Mərkəzi Asiya və Rusiya bazarlarına yaxındır. Türkiyə isə Avropa, Afrika və Yaxın Şərq bazarlarına çıxışı var. İki ölkə olaraq biz güclərimizi birləşdirərsək 21 trilyon dollarıq bir bazar ortaya çıxır. Yəni əsas məsələ gücləri birləşdirib bu bazarlara iki ölkənin mal satmasıdır".
Nazir bildirib ki, Azərbaycan Türkiyə təcrübəsinə əsaslanaraq aqrar sığortanın tətbiqini reallaşdırarsa, kənd təsərrüfatçısının üzü güləcək.
Femida.az
Oxunub: 654
Oxşar xəbərlər
- Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
- Azərbaycan Mərkəzi Bankı əhaliyə xəbərdarlıq edib
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycan Prezidenti Bolqarıstana rəsmi səfərə gedib
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (27.09.2022)
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycan Ordusunun əsgəri vəfat edib
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycan Silahlı Qüvvələrinin daha 21 hərbçisi şəhid olub - SİYAHI
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (05.09.2022)