İtkin düşən gənc tapıldı


12:49     11 Dekabr 2018 2018/12/itknq_1544518202.jpg

Əziz Qasımov bu gün özü evə qayıdıb.



Bir neçə gündür axtarışda olan Quba rayonunun Vladimirovka kənd sakini, 17 yaşlı Əziz Qasımov tapılıb.

Bu barədə onun atası Elman Qasımov məlumat verib.

Atasının sözlərinə görə, Ə. Qasımov bu gün özü evə qayıdıb:

"Əziz təhsil aldığı kollecdə töhmət aldığına görə evdən getmişdi. O ilk dəfədir belə bir iş görüb və əməlindən peşmandır".

Xatırladaq ki, Əziz Qasımov dekabr ayının 1-də səhər saatlarında təhsil aldığı Quba rayon Dövlət Sosial İqtisadi Kollecə gedib, lakin dərs saatları bitdikdən sonra təhsil müəssisəsindən çıxaraq geri qayıtmayıb.

Qeyd edək ki, Quba rayonunda daha bir gənc, 19 yaşlı Elmar Məmmədov da itkin düşüb.(trend.az)

Femida.az

Açar sözlər:

Oxunub: 484