Türkiyə ilə ticarətin həcmi 192 milyon dollar olub


13:01     11 Dekabr 2018 2018/12/inam_1544515836.jpg


2017 ci ildə Türkiyə ilə ikili ticarətin həcmi 192 milyon dollar olub. Türkiyəyə ixracın həcmi 65 faiz, idxalın həcmi isə 2,3 dəfə artıb.


Femida.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov Azərbaycan - Türkiyə Kənd Təsərrüfatı forumundakı çıxışı zamanı deyib.

"Bu gün Azərbaycanda kənd təsərrüfatı sahəsi böyük ölçüdə vergiden azad edilib. Sektora dövlət tərəfindən böyük dəstək var. Bu imkanlardan istifade edərək birgə müəssisələr yaratmaq mümkündür.
Bu gün iqtisadiyyati innovasiyasız və texnologiyasilız təsvir etmek mümkün deyil.

Əminəm ki, bu gün burada olan 65-dən çox türkiyəli iş adamı Azərbycan haqqında ətraflı məlumat qazanacaqlar. İki ölkənin şirkətləri arasında ikitərəfli sazişlərin imzalanması nəzərdə tutulub", - deyə nazir qeyd edib.

Amin Nəzərli
Femida.az

Açar sözlər: #İnam_Kərimov   #kənd_təsərrüfatı   #Türkiyə   #iqtisadiyyat  

Oxunub: 515