Bakıda yeni yol layihəsi - İşlər nə yerdədir? (FOTO)


15:26     11 Dekabr 2018 2018/12/trend_yol_temir_101218__(8)_1544527825.jpg


Bakı Dairəvi yolu ilə Abbas Mirzə Şərifzadə küçəsini birləşdirəcək yeni çəkilən yolda işlər yekunlaşmaq üzrədir.

Femida.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli deyib.

Şöbə rəisinin sözlərinə görə, yolun tikintisi ilə bağlı 100-ə yaxın ev və qeyri-yaşayış obyekti sökülüb:

“Hazırda yolun 160 metrlik hissəsində istinad divarları tikilir. Ümumilikdə yolun uzunluğu 1,3 kilometr, eni isə 18,5 metrdir. Yol tikintisi ilə əlaqədar 91 maneə aradan qaldırılıb. Bunlar yaşayış, qeyri-yaşayış və torpaq sahələridir. Həmin əmlakların sökülməsi müqabilində sakinlərə kompensasiya ödənilib”.

A.Nəcəflinin sözlərinə görə, layihə çərçivəsində ərazidə olan kommunikasiya xətləri də yenilənib:

“Həmin ərazidə kommunikasiya xətlərində problemlər var idi. Layihə çərçivəsində bütün kanalizasiya, su, rabitə və qaz xətləri yenilənib. Elektrik xətləri isə tam olaraq dəyişdirilib, ərazidə 4 ədəd transformator tikilib”.

Qeyd edək ki, Yasamal bazarı da yeni salınacaq avtomobil yolu ilə əlaqədar sökülüb.

Femida.az

Açar sözlər: #AAYDA   #yol   #Bakı   #təmir  

Oxunub: 1260