Məktəb ərazisindən mina tapıldı
15:48 11 Dekabr 2018
Bu gün Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 10:43-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Ağcabədi rayonu, Qaradolaq kəndi
ərazisində partlamamış hərbi sursatın tapılması barədə məlumatlar daxil olub.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Femida.az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə 1 saylı kənd orta məktəbinin söküntü aparılan hissəsinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən
2 ədəd təlim məqsədli (tərkibində heç bir partladıcı maddə olmayan) tank əleyhinə mina (TM-62) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Təlim minalarının ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Femida.az
Oxunub: 390
Oxşar xəbərlər
- Məktəblərdə “Bilik Günü” təntənəli şəkildə qeyd edilməyəcək - RƏSMİ
- Məktəbli qızın intihar etməsinin görüntüləri - ANBAAN VİDEO
- Məktəbəhazırlıq qrupları ləğv edilməyəcək
- Məktəblər yenidən bağlanacaq? - Nazirlik AÇIQLADI
- Məktəb direktoru koronavirusdan öldü - FOTO
- Məktəblərdə səyyar vaksinasiya məntəqələri bərpa edilib
- Məktəblərdə peyvənd məntəqələri bərpa ediləcək
- Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun vaxtı açıqlandı
- Məktəbdən tapança və avtomat oğurlandı
- Məktəb direktoru olmaq istəyənlərin NƏZƏRİNƏ!