Bakı Ali Neft Məktəbinin tələbələri təltif olundu
15:52 11 Dekabr 2018
Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri qalibi olduqları İkinci Respublika İnnovasiya Müsabiqəsinin təltifetmə mərasimində iştirak ediblər.
Femida.az-ın məlumatına görə, özlərinin "ThermoNorth" adlı startup layihələrilə qalib gələn tələbələrə iqtisadiyyat naziri Şahin Mustafayev tərəfindən sertifikat və müsabiqənin əsas mükafatı - 5000 AZN məbləğındə pul mükafatı təqdim olunub.
Tədbirdə çıxış edən komanda üzvü Aleksandr Oborovskiy müsabiqənin bütün təşkilatçılarına, xüsusilə İqtisadiyyat Nazirliyinə təşəkkür edib. Daha sonra o "ThermoNorth" startup layihəsinin mahiyyəti və məqsədi haqqında tədbir iştirakçılarına qısa prezentasiya edib, həmçinin layihə üzərində işləyən digər komanda üzvlərini - Ali Məktəbin tələbəri Elmar Əsgərzadə, Hüseyin Əliyev, Yadigar Nəzərov, Murad Rəhimov və onlara layihə işləmələri zamanı rəhbərlik edən BANM-ın dosenti Əmir Rza Vəxşurini iştirakçılara təqdim edib.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Nümayəndəliyi ilə birgə təşkil edilən müsabiqədə ölkənin gənc tədqiqatçılarının 220-yə yaxın layihəsi təqdim olunub.
Femida.az
Oxunub: 547
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakı metrosunda 4 azyaşlını dilənçiliyə sövq edən qadın saxlanılıb
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakı sakini küçədə əmisini qətlə yetirib
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakı hava limanında ƏMƏLİYYAT - Tutulanlar VAR