Bakı şəhər prokurorluğunda Heydər Əliyevin xatirəsini anıldı


16:11     11 Dekabr 2018 2018/12/DSC_0736_1544530340.jpg


Dekabrın 11-də Bakı şəhər prokurorluğunda Azərbaycan dövlətinin qurucusu və memarı, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Femida.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin şəhər prokurorluğunun inzibati binasındakı büstü önünə əklil və gül dəstələri qoyub, unudulmaz xatirəsini ehtiramla yad ediblər.

Mərasimdə çıxış edən Bakı şəhər prokuroru İlqar Abbasov diqqətə çatdırıb ki, görkəmli şəxsiyyət, əvəzolunmaz insan, müstəqil Azərbaycanın qurucusu, Ümummilli liderimiz Heydər Əliyev sayəsində müstəqilliyimiz əbədi və dönməz xarakter alıb, Azərbaycan inamla beynəlxalq arenaya çımbş, beynəlxalq aləmdə söz və nüfuz sahibi olub. Müstəqil Azərbaycan Respublikasının hüquqi, dünyəvi və demokratik dövlət imicinin formalaşmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri əvəzsizdir.

Cinayətkarlığa qarşı mübarizə sahəsində əldə edilmiş bütün nailiyyətlər qanunun aliliyi prinsipini fəaliyyətinin əsas devizinə çevirmiş Ulu öndər Heydər Əliyevin ölkəmizdə həyata keçirdiyi məqsədyönlü hüquqi islahatların məntiqi nəticəsidir. Ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə qəbul edilən Konstitusiya, eləcə də həyata keçirilən məqsədyönlü tədbirlər ölkəmizdə demokratik və hüquqi dövlətin möhkəm əsasını yaradıb.

Diqqətə çatdırılmışdır ki, ölkəmizdə hüquq sisteminin və ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədilə əsası Ulu Öndər tərəfindən qoyulmuş hüquqi islahatlar daha da genişləndirilməkdədir. Demokratik və hüquqi dövlət quruculuğu prosesi hazırda ulu öndər Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bakı şəhər prokuroru İlqar Abbasov şəhər prokurorluğunun kollektivinin Heydər Əliyevin dövlətçilik ideyalarına daim sadiq qalacağını, dövlət müstəqilliyimizin, milli maraqlarımızın, ictimai-siyasi sabitliyin qorunması işində səylərini daha da artıracağını vurğulanıb.

Mərasimin sonunda ümummilli liderin xatirəsinə həsr olunmuş “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırlanmış “Əbədiyyət” filmi nümayiş etdirilib.

Femida.az

Açar sözlər: prokuror  

Oxunub: 424