Ərdoğan Azərbaycan ilə bağlı sənədi təsdiq etdi


16:15     11 Dekabr 2018 2018/12/erdogan-serencam_1544530744.jpg

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Ali Təhsil Şurası ilə Azərbaycan Təhsil Nazirliyi arasında ali təhsil sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunu təsdiq edib.



Sənəd 2017-ci il oktyabrın 31-də Bakıda imzalanıb.

Anlaşma Memorandumunun məqsədi ali təhsil pilləsində əməkdaşlıq üçün təşkilati çərçivəni təsis etmək və iki ölkənin ali təhsil müəssisələri arasında akademik və elmi əməkdaşlığı davam etdirməkdir.

Femida.az

Açar sözlər:

Oxunub: 419