Nazirlik yoxlamaları dayandırdı - Prezidentin tapşırığı

Nazirlik yoxlamaları dayandırdı - Prezidentin tapşırığı


01:54     16 Oktyabr 2015 88464.jpg


İqtisadiyyat və Sənaye Nazirliyi yoxlamaları dayandırıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin

2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyində geniş kollegiya iclası keçirilib.

A.Əliyev qeyd edib ki, iclasda insanların həyat və sağlamlığının qorunması halları ilə bağlı zəruri nəzarət tədbirləri istisna olmaqla, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən sahibkarlıq subyektlərində aparılan bütün yoxlamaların dayandırılması qərara alınıb.

Açar sözlər:

Oxunub: 1688