Erməni süpürgəçini öldürən rus hərbçi həbs olundu


16:51     11 Dekabr 2018 2018/12/32166-1544531796_1544532779.jpg

Rusiyanın Ermənistanın Gümrü şəhərindəki 102-ci hərbi bazasının hərbi qulluqçusu 57 yaşlı yerli sakin - süpürgəçi Cülyetta Qazaryanı öldürməkdə şübhəli bilinərək həbs olunub.


Azvision.az “Aysor”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. Lakin saxlanılan rus hərbçinin kimliyi və həbslə bağlı digər detallar barədə açıqlama verilməyib.

Qeyd edək ki, 3 dekabrda Gümrüdə 1961-ci il təvəllüdlü süpürgəçi Cülyetta Qazaryan amansızcasına döyülərək öldürülüb. Erməni KİV-ləri qadının 102-ci hərbi bazanın hərbçisi tərəfindən öldürüldüyünə dair mləumatlar yayılsa da, Rusiyanın Ermənistandakı səfirliyi bunun həqiqətə uyğun olmadığını bildirib.

Səfirlik hətta bəyan etmişdi ki, Gümrüdəki rus hərbi hissəsinin komandanlığı Rusiyanın Gümrüdəki baş konsulluğunun nümayəndələri və Ermənistan polisi ilə birlikdə apardıqları araşdırma nəticəsində şübhəli bilinən rus hərbçinin qətldə iştirak dərəcəsi və ya günahkar olmasına dair fakt aşkarlamayıblar. Ermənistanın İstintaq Komitəsi isə cinayətin naməlum şəxs tərəfindən törədildiyini bəyan etmişdi.

Femida.az

Açar sözlər:

Oxunub: 436