Türkiyədə çevrilişə cəhdlə bağlı gecədə gizli qalan VİDEO YAYILDI


16:53     11 Dekabr 2018 2018/12/jandarma-eski-genel-komutani-galip-mendi-nin-11526232_o_1544533035.jpg

2016-ci ilin 16 iyun tarixində Türkiyədə çevrilişə cəhdlə bağlı sensasion video yayılıb.




Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,yayılan video görüntülərdə ehtiyatda olan ordu generalı Qalip Mendinin qaçırılma anı əks olunub.

Əldə olunan görüntülərə əsasən Qalip Mendinin toplantıya 20:58-də gəldiyi görünür. Toplantıdan sonra baş leytenant Murat Yılmazın ordunun evinin qarşısında mülki paltarla dayanması görüntülərdə əks olunub. Saat 22:18 radələrində isə kiçik avtobusun ordu evinə yaxınlaşdığı görünür. Daha sonra çevrilişə cəhddə iştirak edən hərbçilər ordu generalını maşına otuzduraraq ərazidən uzaqlaşır.




Xatırladaq ki, 2016-cı il 15 iyul tarixində İstanbul və Ankarada baş vermiş dövlət çevrilişi cəhdi baş verib. Çevrilişə cəhd edənlərin məqsədi Türkiyədə mövcud hakimiyyəti devirmək idi. Özünü Yurdda Sülh Konseyi adlandıran bir qrup Türk Silahlı Qüvvələrinin rəsmi internet saytında və TRT-də yayımlanan bildirişdə ordunun dövlət idarəçiliyini ələ aldığını, ölkədə fövqəladə vəziyyət və küçəyəçıxma qadağası tətbiq edildiyini elan etdi. İlk növbədə Ankarada polis akademiyası partladıldı. Daha sonra İstanbulda Atatürk Hava Limanı, TRT, AKP-nin Ankara qərargahı zəbt olundu. Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisi Hulusi Akar və ordunun komanda heyətinə daxil olan bəzi generallar, eləcə də prezidentin baş katibi əsir alındı. Türkiyə Böyük Millət Məclisi havadan atəşə tutuldu.




Küçələrə tanklar çıxarıldı. Ölkənin hava limanları, körpü və magistral yolları nəzarət altına alındı. TRT telekanalı, ardınca da Doğan Media Mərkəzi ələ keçirildi. AKP hökumətinin fəaliyyət imkanları iflic edildi.

Türkiyədə baş vermiş hərbi çevrilişə cəhdin qarşısını almaq üçün keçirilən əməliyyat zamanı 265 nəfər, o cümlədən 104 qiyamçı hərbçi və 161 mülki şəxs şəhid oldu, yüzlərlə insan yaralandı. Hərbi çevrilişə cəhd edənlər arasında həbs olunan hərbçilərin sayı 3000-ə çatdı. Hadisə ilə əlaqədar 34 general, yüzlərlə hərbçi, hakim, prokuror saxlanıldı.



Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 1879