3 komitənin səlahiyyəti artırılır
18:35 11 Dekabr 2018
Azərbaycan Milli Məclisinin (MM) İnsan hüquqları, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin və Ailə, qadın və uşaq komitəsinin səlahiyyəti artırılır.
Femida.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” qanuna dəyişiklik edilir.
Qanuna edilən əlavə ilə parlamentin İnsan hüquqları komitəsi Ailə, qadın və uşaq məsələləri komitəsi ilə birlikdə gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) fəaliyyəti haqqında illik məlumata baxacaq və rəy verəcək.
Digər dəyişikliklə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi Hesablama Palatasının fəaliyyəti barədə illik hesabata baxacaq və rəy verəcək.
Qanun layihəsi yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.
Femida.az
Oxunub: 460
Oxşar xəbərlər
- 38 minədək şəxs aktiv məşğulluq tədbirlərinə cəlb edilib
- 30 apreldən bu telefonlarda “WhatsApp” işləməyəcək - SİYAHI
- 32 il həbsdə olan şəxs günahsız çıxdı
- 30 min şəxsə əks göstəriş sertifikatı verilib
- 37 məktəb və liseyə Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanlarının adı verilib
- 31 min rüşvət alan xəstənəxana direktoru həbs olundu
- 35 minə yaxın şəxsə əlillik təyin edilib
- 3-cü doza peyvəndi bu şəxslər vurdurmalıdır
- 3 erməni hərbçi məhv edilib, 2-si yaralanıb
- 38 yaşlı kişi özünü asdı - SUMQAYITDA