İlqar Məmmədovun Moskvadakı evi qarət edildi


17:56     11 Dekabr 2018 2018/12/711626_1544535424.jpg

Rusiyanın Moskva vilayətinin Novoqorsk şəhərində azərbaycanlı idmançı, Rusiyanın qılıncoynatma üzrə milli komandasının baş məşqçisi İlqar Məmmədovun evi qarət olunub.

Femida.az virtualaz.org-a istinadən xəbər verir ki, idmançıya 200 min rubldan çox zərər dəyib.

Oğrular plastik pəncərəni sıxma yolu ilə evə daxil olublar və evdən zərgərlik məmulatlarını, altı qadın qol saatını aparıblar. Fakt üzrə cinayət işinə başlanıb.

Xatırladaq ki, İlqar Məmmədov ikiqat olimpiya çempionu və dünya çempionudur.

Femida.az

Açar sözlər:

Oxunub: 605