Koçaryanın tərəfdarları etirazlara başladı


21:50     11 Dekabr 2018 2018/12/8DFD394F-E7CE-45C1-B9A6-A4F5AB88983A_1544550655.jpeg

Ermənistanın həbsdə olan sabiq prezidenti Robert Koçaryanın tərəfdarları etiraz aksiyalarına başlayıblar.

Femida.az virtualaz.org-a istinadən bildirir ki, "Prezidentə azadlıq" qrupunun üzvləri Yerevanın Respublika meydanında toplaşaraq Koçaryanın azadlığa buraxılmasını tələb ediblər.

Qeyd edək ki, Ermənistanın ikinci prezidenti, 2008-ci ilin martın 1-də ölkədə keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham olunan Robert Koçaryan dekabrın 8-də həbs olunub.


Femida.az

Açar sözlər:

Oxunub: 546