Azərbaycan vətəndaşı Dağıstanda tanışını qətlə yetirib


09:03     12 Dekabr 2018 2018/12/DC5E5B1B-234E-4FD2-ACFE-25EB2FFDD4D8_1544590456.jpeg

Dağıstan Respublikasının Məhərrəmkənd rayonu ərazisində Azərbaycan vətəndaşı qətl hadisəsi törədib.

Femida.az "report"-a istinadən bildirir ki, bu barədə Rusiya Federasiyasının respublika üzrə İstintaq Komitəsinin məlumatında deyilir.

Bildirilir ki, 48 yaşlı azərbaycanlıya qarşı Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi üzrə cinayət işi açılıb.

İstintaqın fərziyyəsinə görə, dekabrın 10-u yerli vaxtla saat təqribən 15:00-da şübhəli şəxs münaqişə zəminində 50 yaşlı rayon sakininin döş nahiyəsinə 3 bıçaq zərbəsi vurub. Zərərçəkmiş hadisə yerində ölüb.

Hadisəni törədən şəxs sərxoş vəziyyətdə olub. O, saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 506