Bacanağına əsəbiləşdi, tövləsinə od vurdu - VİDEO


10:35     12 Dekabr 2018 2018/12/yangin-ot25_1544598152.jpg

Qubada qəsdən yanğın törədən şəxs saxlanılıb.


Femida.az ARB TV -yə istinadən xəbər verir ki, dekabr ayının 8-də gecə saatlarında Quba Rayon Polis Şöbəsinə rayonun Qorxmazoba kənd sakini Şahbaz Əliverdiyevə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tövlədə yanğın baş verməsi barədə məlumat daxil olub.

Araşdırmalarla hadisənin qəsdən törədildiyi məlum olub.

Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yanğını törətməkdə şübhəli bilinən rayonun Zərdabi qəsəbə sakini, 55 yaşlı Fərahim Ağamirzəyev saxlanılıb. Daha ətraflı videoda

Açar sözlər: #yanğın   #kriminal   #hadisə  

Oxunub: 676