Bakı sakininin xərçəngin müalicəsi üçün düzəltiyi qurğu oğurlanıb - VİDEO
11:17 12 Dekabr 2018
Bakı sakininin evindən illərdir əziyyət çəkib hazırladığı qurğu oğurlanıb.
Femida.az -ın Xezerxeber.az-a istinadən məlumatına görə, zərərçəkmiş Tahir Əliyev deyir ki, bir müddət əvvəl prostat vəzi xərçənginin müalicəsi üçün qurğu düzəldib. Həmin qurğunu Günəşli qəsəbəsində yaşadığı evdə saxlayıb. Sonra isə oradan köçərək Nizami rayonu, Əlif Hacıyev 35 ünvanında məskunlaşıb. Köç ərəfəsində yeni ünvana gətirdiyi qurğu bir müddət sonra oğurlanıb.
Zərərçəkən iddia edir ki, həmin qurğunu evində usta işləyən şəxslər oğurlayıb.
Tahir Əliyevin sözlərinə görə, evdə qiymətli məişət əşyalarının olmasına baxmayaraq, onlar oğurlanmayıb.
Zərərçəkmiş artıq məsələ ilə bağlı Nizami rayon 25-ci polis bölməsinə ərizə ilə müraciət edib. Ancaq hələ də qurğunu oğurlayan şəxs və ya şəxsləri tapmaq mümkün olmayıb.
Məsələ ilə bağlı polis bölməsindən bildirildi ki, faktla bağlı toplanan sənədlər rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib. Hazırda qurğunu oğurlayan şəxslərin araşdırmaları davam etdirilir.
Qeyd edək ki,Tahir Əliyev iddia edir ki, onun bu qurğusu prostat vəzi xərçəngini yox etmək gücünə malikdir. O, qurğusuna patent almaq üçün hələ bir müddət bundan əvvəl aidiyyati qurumlara müraciət də edib.
Femida.az
Oxunub: 770
Oxşar xəbərlər
- Zərdabda silsilə oğurluqda şübhəli bilinən 3 qadın və 1 kişi saxlanılıb
- Ermənistanda qətl, oğurluq, quldurluq, qarət artıb
- Xaçmazda silsilə oğurluqlar edən şəxs saxlanılıb
- Bakıda qadının çantasından oğurluq edən şəxs saxlanılıb
- Ağdaşda anbar və mağazadan oğurluq edən şəxslər saxlanılıb
- Ağdamda mağazadan oğurluq edilib
- Şirvanda çörəkbişirmə sexindən oğurluqda şübhəli bilinən şəxs saxlanılıb
- Ötən ay Sabunçuda narkotik satan və oğurluq edən 117 nəfər saxlanılıb
- Bakıda evdən oğurluq edilib
- Ağdaşda əcnəbi evdən oğurluq edib