2-ci sinif şagirdinin ölümünə görə ittiham olunan şəxsdən xəbər var


11:45     12 Dekabr 2018 1447832334_hebs_0124.jpg

Şirvan Apellyasiya Məhkəməsində səhlənkarlıqda təqsirləndirilən Qəhrəman Muradovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Femida.az report-a istinadən xəbər verir ki, hakim Rafiq Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Q.Muradovun apellyasiya şikayəti təmin edilməyib.

İttiham aktına əsasən, Q.Muradov Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin Füzuli Elektrik şəbəkəsinin baş mühəndisi vəzifəsində işləyərkən laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməyib.

Belə ki, Füzuli rayonu, Bala Bəhmənli kənd sakini və Bala Bəhmənli kənd Tam orta məktəbinin 2-ci sinif şagirdi İsmayılov Eltun Elvin oğlu 25 fevral 2017-ci il tarixdə, saat 19 radələrində 160 kva gücündə transformator yarımstansiyasının açıq hissəsindən yarımstansiyaya maneəsiz daxil olaraq onun içərisinə düşmüş topunu götürmək istəyərkən elektrik cərəyanı vurub. Nəticədə E.İsmayılov dünyasını dəyişib.

Daha sonra Q.Muradova qarşı Cinayət Məcəlləsinin (CM) 314.2-ci (səhlənkarlıq, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Füzuli Rayon Məhkəməsi Q.Muradovun 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi və cəzasını məntəqə tipli cəzacəkmə müəssisəsində cəkməsi barədə hökm çıxaırıb. Hökmdən narazı qalan Q.Muradov apellyasiya şikayəti verib.


Femida.az

Açar sözlər:

Oxunub: 538


Oxşar xəbərlər