Ağsu sakini polisi aldatmaq istədi, alınmadı


11:56     12 Dekabr 2018 polis_478756754646.jpg

Ağsu Rayon Polis Şöbəsinə müraciət edən Abbasxanlı kənd sakini Vüqar Əsədov dekabrın 7-nə keçən gecə kənd ərazisindən “VAZ-21074” markalı avtomobilinin qaçırıldığını bildirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, müraciətlə bağlı dərhal polis əməkdaşları tərəfindən əməliyyat tədbirlərinə başlanılıb.

Araşdırmalar zamanı V.Əsədovun polisə yalan məlumat verdiyi müəyyən edilib. Belə ki, onun qeyd edilən avtomobili Garıs-Əyribənd kənd sakini R.Dəmirovun həyətində hissələrə doğrayaraq satması, habelə polisə yalan məlumat verməsi müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən avtomobilin ban nömrəsi və dövlət qeydiyyat nişanları polis əməkdaşları tərəfindən R.Dəmirovun həyətindən aşkar edilərək götürülüb. Araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 491