Çavuşoğlu Azərbaycana səfər edəcək


12:17     12 Dekabr 2018 cavusoglu4.jpg

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Azərbaycana səfər edəcək.


Bu barədə Femida.az-a Türkiyənin Xarici İşlər Nazirliyindən bildiriblər.

Qeyd edək ki, QDİƏT Xarici İşlər Nazirləri Şurasının iclası dekabrın 14-də baş tutacaq.

Nazirlikdən bildiriblər ki, iclas zamanı Azərbaycanın QDİƏT-ə sədrliyinin yekunları müzakirə olunacaq:

"Bundan başqa, iqtisadi əməkdaşlıq sahəsində gündəlikdə dayanan nəqliyyat, energetika, kənd təsərrüfatı, elm, texnologiya və səhiyyə kimi məsələlər nəzərdən keçiriləcək".

Femida.az

Açar sözlər:

Oxunub: 378