Şahbaz Quliyev və Dilqəm Əsgərovlə bağlı müsbət nəticələr olacaq


12:39     12 Dekabr 2018 dilqem91735.jpg

"Şahbaz Quliyev və Dilqəm Əsgərovla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciətə dair məsələdə kommunikasiya davam edir".



Femida.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib. Onun sözlərinə görə, Avropa Məhkəməsi tərəfindən sənədlər, müraciətlər hər iki tərəfə ünvanlanır:
"Həm Azərbaycan, həm də qarşı tərəfə. Məlum olduğu kimi, bu məsələdə məsuliyyət daşıyan Ermənistandır. Çünki Dağlıq Qarabağı işğal edən məhz onlardır. Artıq bu fakt Avropa Məhkəməsində tanınıb".

A.Bağırov qeyd edib ki, növbəti məlum məsələ ilə bağlı müsbət nəticələr görünəcək: "Çünki həm dövlətin, həm də ictimaiyyətin bu məsələyə böyük diqqəti var. Bu, bizim ən böyük problemlərimizdən biridir. Qondarma rejim tərəfindən vətəndaşların hüquqları kobudcasına pozulub. Avropa Şurası və Avropa Məhkəməsi də bu məsələyə lazımi diqqəti göstərir".


Femida.az

Açar sözlər:

Oxunub: 512