Vyetnamda Heydər Əliyev anıldı


18:02     12 Dekabr 2018 2018/12/an_1544618730.jpg

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, deputatlar Sevinc Fətəliyeva, Sevinc Hüseynova, Mirzəcan Xəlilov Vyetnama səfər edib.



Femida.az xəbər verir ki, bu gün Vyetnamın Hanoy şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Anım mərasimində deputatlarımız toplantı iştirakçılarına ulu öndərin şərəfli ömür yolu, Azərbaycan xalqının həmrəyliyi, dövlətimizin möhkəmlənməsi yolunda yürütdüyü müdrik siyasət barədə fikirlərini söyləyib, onunla bağlı xatirələrini bölüşüblər.

Açar sözlər:

Oxunub: 507