Balakəndə oğurluq edən yeniyetmə saxlanıldı


17:18     12 Dekabr 2018 cinayetkar%20usaq.jpg

Balakəndə evdən 1400 manat pul oğurlayan yeniyetmə saxlanılıb.


DİN-dən Femida.az-a verilən məlumata görə, Balakən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 2-də rayon ərazisindəki evlərin birindən 1400 manat və 2 mobil telefon oğurlamaqda şübhəli bilinən şəhər sakini olan bir yeniyetmə saxlanılıb.

Ətrafında keçirilmiş tədbirlərlə onun dekabrın 1-də daha bir evdən oğurluğa cəhd göstərməsi də müəyyən edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 479