Azərbaycanlı diplomat beynəlxalq mükafat alıb


17:53     12 Dekabr 2018 2018/12/48360-1544621825_1544622883.jpg

Azərbaycanın BMT yanında daimi nümayəndəsi Aqşin Mehdiyev Diwali təşkilatı tərəfindən nüfuzlu beynəlxalq "Power of One Award" mükafatına layiq görülüb.

Femida.az -ın məlumatına görə, mükafat ümumilikdə beynəlxalq diplomatiyanın altı veteranına verilib. Təşkilatın açıqlamasında deyilir ki, həmin şəxslər "daha təkmilləşdirilmiş, təhlükəsiz və sülh içində olan" dünyanın qurulmasına mühüm töhfə verdiyi üçün mükafatlandırılıb.

Qeyd edək ki, mükafat həmçinin Vyetnam, Hindistan, Sloveniya, Tunis və Yunanıstandan olan veteran diplomatlara verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 472