“ABŞ-ın planları baş tutmadı” - Ayətullah Xameneyi


19:28     12 Dekabr 2018 18_12_12_1544627889.jpg

"ABŞ İranda təhlükəsizliyə zərbə vurmaq və müharibəyə başlamaq istəyirdi, amma bu planlar baş tutmadı".

Femida.az xəbər verir ki, bunu İranın ali lideri, ayətullah Əli Xameneyi öz "Twitter" səhifəsində bildirib.

O qeyd edib ki, ABŞ-ın İran xalqına qarşı planı aşkar edilib:

"Onlar edə bildiklərini etdilər. ABŞ-ın planı sanksiyalar və təxribatlarla İranda problemlər, qarşıdurmalar və vətəndaş müharibəsi yaratmaq idi".

Bununla belə, Ə.Xameneyi İranın sayıqlığını itirməməli olduğunu deyib, çünki ABŞ gələn il başqa anti-İran planını irəli sürə bilər.

Açar sözlər:

Oxunub: 538