Türkiyə Suriya ilə sərhədə qoşun yığır


20:12     12 Dekabr 2018 18_12_12_1544628854.jpg

Son iki gün ərzində Türkiyə Suriya ilə sərhəddə çoxlu sayda hərbi texnika və xüsusi təyinatlı dəstələr cəmləşdirib.


Femida.az xəbər verir ki, bu barədə TRT telekanalı məlumat yayıb. Bildirilib ki, ötən gecə hərbi maşınlar Kilisdən Hatay əyalətinin Yayladağı yaşayış məntəqəsi istiqamətində yola düşüblər.
Onların bu regiondakı sərhəd-keçid məntəqələrində yerləşdiriləcəyi ehtimal edilir.

Qeyd edək ki, bir neçə saat əvvəl Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan yaxın günlərdə Suriyanın şimalında – Fərat çayından şərqə doğru YPG terrorçularına qarşı yeni hərbi əməliyatların anonsunu verib. İstisna edilmir ki, Suriya ilə sərhədə hərbi texnika və canlı qüvvənin cəlb edilməsi bununla əlaqəlidir.

Açar sözlər:

Oxunub: 410