Bakı metrosunda dava olub


20:30     12 Dekabr 2018 18_12_12_1544629745.jpg

Bakı metrosunun “Gənclik” stansiyasında dava düşüb.

Femida.az -ın Oxu.az-a istinadən məlumatına görə, hadisə saat 18:37-də baş verib.

Bir neçə nəfər naməlum səbəblərdən dava edib və stansiyada sıxlıq yaşanıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı təsdiqləyib.

Onun sözlərinə görə, qatara minən və düşən sərnişinlər arasında mübahisə düşüb:

“İki sərnişin mübahisə edib. İnsident böyüdüyü üçün metropoliten işçiləri və polis əməkdaşları vəziyyətə müdaxilə edib. Sərnişinlər hazırda ifadə verir. Daha ətraflı məlumat veriləcək”.

Açar sözlər:

Oxunub: 485