Bakıda 3 otaqlı ev yandı


22:40     12 Dekabr 2018 fhn.jpg

Bakıda 3 otaqlı evdə yanğın hadisəsi qeydə alınıb.

Femida.az-a FHN-dən verilən məlumata əsasən, şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 95 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin döşəməsi 3 m² sahədə, 1 otağında yataq dəsti və döşəmə 1 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 383