Həmyerlisini bıçaqladı


09:09     13 Dekabr 2018 bicaq1.jpg

Bərdə rayonunda bıçaqlanma hadisəsi olub.

Femida.az "Report"a istinadən bildirir ki, rayonun Qarabağ qəsəbəsində yerli sakin Teymurov Ruslan İlyas oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı ətrafda olan insanların köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər yaralının vəziyyətini orta-ağır qiymətləndirir.

Hadisəni törədən şəxsin müəyyən edilməsi istiqamətində rayon Polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 445