Polisdən ƏMƏLİYYAT: 30 nəfər saxlanıldı


10:04     13 Dekabr 2018 1356524159_polis1_922155415.jpg

Daxili İşlər Nazirliyi ötən gün qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumat açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən Femida.az-a verilən xəbərə görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 119 cinayət faktı qeydə alınıb, onların da 13-ü "isti izlər"lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 36 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 36 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 351