Ramin Quluzadə vətəndaşlarla görüşəcək


10:41     13 Dekabr 2018 ramin.jpg

Sabah, saat 11:30-da nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Biləsuvar şəhərində Biləsuvar, Cəlilabad, Salyan, Neftçala və Cəbrayıl rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Nazirlikdən Femida.az-a daxil olan məlumata görə, qəbul yazılmaq istəyən vətəndaşlar [email protected] elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefonla (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün Biləsuvar rayonunda 025 295 13 35, Cəlilabad rayonunda 025 245 22 48, Salyan rayonunda 021 255 06 15, Neftçala rayonunda 021 263 36 28, Cəbrayıl rayonu üzrə 026 384 38 99 nömrəli telefonlara zəng etmələri xahiş olunur

Femida.az

Açar sözlər:

Oxunub: 558