Kollegiyanın sədri:Xeyli sayda vəkilin cəzalandırılması ilə bağlı fikirlər əsassızdır


10:46     13 Dekabr 2018 2018/12/B4A0A724-AAC7-4CD2-AAA3-991B046409F8_cx0_cy3_cw0_w1023_r1_s_1544683676.jpg

Ölkədə xeyli sayda vəkilin cəzalandırılması ilə bağlı səsləndirilən fikirlər tamamilə əsassızdır.



Femida.az -ın məlumatına görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.


O bildirib ki, Kollegiyanın vəkillərin fəaliyyətinə xitam vermək səlahiyyəti yoxdur. Kollegiya yalnız vəkilin fəaliyyətini dayandıra bilər. Eyni zamanda, vəkilin fəaliyyətinə xitam verilməsilə bağlı məhkəmədə iddia qaldıra bilər. Son qərarı isə məhkəmə verir.

Anar Bağırov qeyd edib ki, Vəkillər Kollegiyası bu il 4 vəkilin fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul edib.



Mövzu ilə bağlı daha ətraflı Xəzərxəbər-in videomaterialı təqdim edirik:


Açar sözlər: #vəkil   #Anar_Bağırov   #hüquqşünas  

Oxunub: 758